Azərbaycan Rohinca müsəlmanlarına yardım göndərir.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir.

Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohinca müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.