İranda adam oğurluğunda və qəsdən adamöldürmədə  günahlandırılan daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.

İran mənbələrinin yaydığı xəbərə əsasən, müttəhim, 2015-ci ilin payızında (1394-cü il, abanın 8-də) bir neçə şəxsin yardımı ilə bölgədə sərmayə yatıran “Kəramət Dehdəşti” adlı bir şəxsi oğurlayaraq ona işgəncə verməkdə və onu qətlə yetirməkdə günahlandırılaraq qisasa məhkum edilmişdi.

Adı və soyadı mediada açıqlanmayan müttəhim, sentyabrın 12-də İranın Kirman əyalətinin Ənbər Abad şəhərində ictimaiyyətin gözü qarşısında dara çəkilib.

İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.