Sentyabrın 15-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Məşhədin “Siyah Cameqan” takımı arasında görüş keçirilib, görüş zamanı “Traxtur” tərəfdarları Urmu gölü ilə bağlı şüarlar səsləndiriblər.

İran üzrə futbol klublarının super liqa yarışlarının 6-cı həftəsində keçirilən görüş 1:1 bərabər hesabla sona çatıb.

Görüşü izləmək üçün stadiona 30 min nəfər “Traxtur” tərəfdarı gəlib, onlar “Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir” şüarı səsləndirərək Urmu gölündə baş verən böhranla bağlı İran parlamentini günahlandırıblar.

https://www.youtube.com/watch?time_continue=1&v=_b747BxlUK0

Başqa bir xəbərə görə, məmurlar atası və qardaşı ilə birlikdə “Traxtur”-“Siyah Cameqan” görüşünü izləmək istəyən azyaşlı qızın stadiona daxil olmasına icazə verməyiblər.  Məmurlar buna səbəb kimi onun qız uşağı olduğunu göstəriblər.

Qeyd edək ki. İranda qadınlara idman yarışları zamanı stadiona tamaşaçı qismində daxil olmaq icazəsi verilmir. Bu məsələ ölkə üzrə bir çox etirazlara səbəb olub./gunaz.tv/