Lütfi Zadənin nəşinin Bakıya sentyabrın 29-da gətirilməsi gözlənilir.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib.

Onun sözlərinə görə, görkəmli alim Lütfi Zadənin nəşi sentyabrın 26-da San Fransiskodan yola salınacaq, ayın 29-da Bakıya çatması gözlənilir.