Şimali İraq Kürd Yönətimi türk və ərəb torpaqlarında qanunsuz separatçı referendum keçirdiyi ərəfədə  Güney Azərbaycanda kürd bölgəsəl yönətimə qarşı etirazlar artıb.

Məlumata görə, Urmiyə şəhərində üzərində “Kərkük türkdür, türk qalacaq” şüarı yazılmış çox sayda bannerlərə rast gəlinir. Bannerlərin üzərində “Azərbaycan Milli Hərəkatı” ifadəsi də öz əksini tapıb.

Azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik qüvvələrinin bütün təzyiq və təhdidlərinə rəğmən bölgədə gedən təhlükəli oyunları fərq edərək belə bir irskli hərəkətə əl atıblar.

Qeyd edək ki, bu gün Ərbildə İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum keçirilir. Türkiyə, İran, İraq və dünyanın əksər ölkələri referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər. Separatçı referendum İraqın Kərkük kimi türk şəhərlərini də əhatə edir. Şimali İraq Kürdüstan Muxtariyyətinin lideri Məsud Barzaninin əmri ilə keçirilən referenduma bölgənin türkmən əhalisi kəskin etiraz edir./