"Azərbaycan torpağı olan Qarabağın işğaldan azad olunması vacibdir".

Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

O bildirib ki, Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq.

"Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanla Türkiyə ən çətin anlarda xarici dövlətlərdən silah almaq məsələsində problemlərlə üzləşib.

Ona görə də müdafiə sənayesi sahəsində də səyləri birləşdirməliyik", - deyə N. Canikli qeyd edib./apa/