Azərbaycan ilə Ukrayna arasında yaxşı münasibətlər var. İnsanlararası təmaslar ölkələrimiz arasındakı münasibətləri möhkəmləndirir.

Bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, son dövrlər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələri daha da genişlənir. Cari ilin doqquz ayında 2016-cı ildən daha yüksək nəticə əldə edilib. Artım 66 faizdir. Turizm sahəsində də əlaqələr inkişaf edir. “Biz bugünkü görüşdə nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik”, - deyə Pavlo Klimkin vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan ukraynalı nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacağını vurğulayıb.