Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında deputatlara telefonlarını söndürmədiklərinə görə irad tutub.

Modern.az-ın məlumatına görə, Oqtay Əsədov deyib:

“Telefonlarınızı söndürün. Belə olmaz axı! Dəqiqədə bir zəng gəlir. Gəlin bir-birimizə hörmət edək".

Spiker deyib ki, dəfələrlə bu iradı səsləndirmək istəyib, amma özünü saxlayıb:

"Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinmirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!”.

 Xatırladaq ki, bir neçə ildir android tipli telefonların Milli Məclisə keçirilməsi qadağan edilib.