Bakı-Tbilisi-Qars dəmir yolu dünyada sabitliyin, təhlükəsizliyin təminatçısıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov 2017-ci il ərzində Azərbaycanın dünyaya böyük töhfə verdiyini qeyd edib:

"Azərbaycan bu ili "İslam Həmrəyliyi ili" elan edib. Azərbaycanda bu il də, ondan əvvəllki illərdə də sivilizasiyalararası dialoqa, beynəlxalq konfranslara, humanitar forumlara və digər mühüm tədbirlərə ev sahibliyi edib. Bunlar ona görə mümkün olub ki, Azərbaycanın daxili məsələləri asanlıqla öz həllini tapıb və Azərbaycan Prezidetinin dünyaya aləmə töhfə vermək imkanı olub”.

Bakı-Tbilisi-Qars dəmir yolunu misal gətirən N.Məmmədov vurğulayıb ki, bu xətt Qərblə Şərqi birləşdirən tarixi İpək Yolunun mühüm tərkib hissəsidir:

“Bu, dünyada sabitliyin, təhlükəsizliyin bir təminatçısıdır və fəxrlə deyə bilərik ki, Azərbaycan bunu uğurla yerinə yetirdi. Biz bu layhənin həm Azərbaycana, həm regiona, həm də beynəlxalq əməkdaşlığa verəcəyi mühüm töhfələri hələ bundan sonra görəcəyik".