İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda dinc mübarizə aparan fəal, Behnam Nurməhəmmədi tutulub.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları, Tehran şəhər sakini Behnam Nurməhəmmədini martın 14-də iş yerində tutub naməlum istiqamətə aparıblar. Azərbaycanlı fəalın həbs olunmasının səbəbi, onun konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı barədə hər hansı bir məlumat yayılmayıb.

Xatırladaq ki, Behnam Nurməhəmmədi, milli zəmində apardığı sivil fəaliyyətlərinə görə, bundan əvvəl də bir neçə dəfə tutularaq İran təhlükəsizlik qüvvələrinin təzyiq və təhdidinə məruz qalıb.

O, 2013-cü ildə (1391-ci ildə) avtomobil qəzasında xanımı və uşağı ilə birlikdə həyatını itirən fəal, İbrahim Cəfərzadənin Xoy şəhərində keçirilən dəfn mərasimində həyat yoldaşı ilə bərabər tutulub həbs olunsa da, az sonra 30 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında azadlığa buraxılmışdı./gunaz.tv/