Berlində şahmat tacına iddiaçıların turniri davam edir.  Bu gün X turun oyunları keçirilib.

Modern.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovu ciddi sınaq gözləyirdi. Belə ki, şahmatçımız turun mərkəzi görüşündə yarışın hazırkı lideri Fabiano Karuana ilə üz-üzə gəlib.

Amerikalı rəqibinə qarşı ağ fiqurlarla oynayan Məmmədyarov qələbə təqdirində liderliyə yüksələcəkdi.

Lakin görüş heç-heçə nəticələnib.