Azərbaycanlı milli-mədəni fəallardan biri Urmu gölünün son vəziyyətini əks etdirən bir video paylaşaraq hökumətin gölə olan laqeyd münasibətinə etiraz edib.

İyunun 6-da çəkilən videoda Urmu gölündə sudan əsər-əlamət görünmür.

Əyyüb Şiri İnstaqram səhifəsində yaydığı videoda göldə böhranın dərinləşməsinə etiraz bildirib. O ölkə prezidenti Həsən Ruhani və digər məsulların verdiyi vədlər, həmçinin cənab Al-Haşimi tərəfindən toplanan imzaları xatırladaraq eyhamla bildirib edib ki, verilən vədlər yerinə yetirildi, göl suyla doldu.

Azərbaycanlı fəal sonda gölü göstərərək deyib ki, bütün məsulların verdiyi yalan vədləri müşahidə edə bilərsiniz.

Ə.Şiri bundan öncə ətraf mühit və Urmu gölünü müdafiə etdiyinə görə dəfələrlə saxlanılıb və həbs olunub.

Güney Azərbaycanın Urmu gölündə böhran uzun illərdir davam edir, dövlət  bu günə qədər gölün qurtarılması üçün heç bir real iş görüməyib, bu müddətdə ölkə rəhbərliyinin verdiyi heç bir vəd yerinə yetirilməyib.

Video:

https://www.youtube.com/watch?time_continue=25&v=lPLSKd9UDZs