“Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 37 mindən çox bələdiyyə aktına baxılıb.  Nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib”. 

Modern.az xəbər verir ki, bu fikirlər bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülən işlərə həsr olunan kollegiya iclasında bildirilib.

Bildirilib ki, bələdiyyələr tərəfindən qanunsuz ayrılan 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb. Həmçinin, qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.