Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçı başa çatıb.

Trend-in məlumatına görə, “Qarabağ” komandası 3:0 hesabı ilə “Kukesi”yə qalib gəlib.

“Qarabağ” klubunun futbolçusu D.Kintana 24-cü dəqiqədə penalti zərbəsindən hesabı açıb.

İkinci hissənin 52-ci dəqiqəsində rəqib qırmızı vərəqə alaraq azlıqda qalıb. Hakim penalti təyin edib, lakin “Qarabağ”ın yeni transferi Emeqara fürsətdən yararlana bilməyib. Buna baxmayaraq, 57-ci dəqiqədə yenidən “Kukesi”nin qapısına penalti təyin edilib. D.Kintana onbirmetrlik nöqtəyə yaxınlaşaraq dubl edib – 2:0.

Oyunda son nöqtəni 89-cu dəqiqədə Con Delarj qoyub – 3:0. Bununla “Qarabağ” növbəti mərhələyə adlayıb. III mərhələdə rəqib isə Belarusun “BATE” komandası olacaq. Evdə Finlandiyanın "HİK" kollektivi ilə qolsuz heç-heçə edən belaruslar səfərdə 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıblar.