Güney Azərbaycanın mərkəzi şəhəri olan Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib, şənlik etmək istəyən gənclərin bir araya gəlməsinə icazə verilməyib.

Sosial şəbəkələrdə yayılan aşağıdakı Video Təbrizin “Şah Gölü” parkında qeydə alınıb. Polis əməkdaşları mümkün etiraz yığıncağının qarşısını almaq məqsədi ilə parka toplaşan insanları ərazidən uzaqlaşdırıb.

Azərbaycan şəhərlərində qiyamın baş verməsindən vahiməyə düşən rejim Təbrizin əsas meydan və xiyabanlarında təhlükəsizlik tədbirlərini gücləndirib.

Mərkəzçi paniranist qüvvələrin etirazları öz adına çıxmaq cəhdi Təbriz və Azərbaycanın digər şəhərlərində geniş etiraz aksiyalarının keçirilməsinə başlıca maneədir.

Qeyd edək ki, İranın bir neçə böyük şəhərində ölkənin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları hökumətdən qiymət artımının və milli valyutanın məzənnəsinin aşağı düşməsinin qarşısını almağı tələb edirlər. Onlar hazırkı rejim və onun rəhbəri Əli Xamneyiyə qarşı şüarlar səsləndirib və təkərlər yandırıblar. Aksiyalar təhlükəsizlik qüvvələri tərəfindən dağıdılır, bir neçə şəhərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb./gunaz.tv/