Bir qrup həkimin Azərbaycanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.     

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.  

"Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", -deyə bildirilib./modern/