Gürcüstanda  Azərbaycanlıların yaşadıqları bölgələrdə informasiya qıtlığı mövcuddur.
 
Bu fikirlər Tbilisidə Mirzə Fətəli Axundov muzeyində Gürcüstanda  “LİDER MEDİA” təşkilatının  nəzdində yeni fəaliyyətə başlayan  24news.ge  xəbər portalının və 24news Tv  internet kanalının təqdimat mərasimində səslənib.
 
Toplantıda işdirak edən qonaqlar Media qurumun rəhbərliyini və kollektivini təbrik edərək uğurlar arzu ediblər, həmçinin qatılan qonaqlar  Gürcüstanda mövcud olan informasiya qıtlığından söz açıblar. 
 
Bildirilib ki, “Gürcüstanda yaşayan Azərbaycanlıların bir çox hissəsi ölkədə baş verən yeniliklərdən xəbərsiz qalırlar, bununla yanaşı Azərbaycanlıların yaşadıqları regionda baş verən hadisələr və ya görülən önəmli işlər barəsində demək olarki gürcü ictimaətinə məlumat ötürülmür bu isə çox böyük problemlərdən sayılır yeni yaradılan informasiya portalının isə hər iki dildə fəaliyyət göstərməsi məs bu sahədə körpü rolunu oynaya biləcək bir media ola bilər”. 
 
Tədbirdə işdirak edən qonaqlar  24news.ge  xəbər portalı və 24news Tv  internet kanalının bu sahədə  üzərinə ağır bir məsuliyyət düşdüyünü bildirirək bu ağır yükün öhdəsindən laiqli bir şəkildə gəlinəcəyinə inandıqlarını bildiriblər./24news.ge/