Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin ötən günlərdə qanunsuz saxlanması Güney Azərbaycan şəhərlərində etirazlara səbəb olub.

Bu dəfə Təbriz şəhərində divarlara milli-mədəni fəalın azadlığa buraxılmasını tələb edən şüarların yazıldığı bildirilir.

Təbrizli fəallar şəhərin müxtəlif məntəqələrində “Abbas Lisani azad olunsun” kimi şüarlar yazaraq fəalın qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

Ötən günlərdə Ərdəbil, Tehran, Muğan, Urmiyə və Çaypara şəhərlərində də tanınmış fəalın qanunsuz saxlanmasına etiraz olaraq divarlara oxşar şüarlar yazılıb, posterlər yayılıb və plakatlar nümayiş etdirilib.

Tanınmış fəal Abbas Lisani yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o sonra Ərdəbil zindanının karantin bölümünə intiqal edilib./gunaz.tv/