Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. 

Modern.az xəbər verir ki, görüşdə Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şeferlə (ABŞ) yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə edilib.

Məlumata görə, tərəflər gələcəkdə atılacaq addımlar barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, bundan öncə həmsədrlər Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.  İrəvandan sonra həmsədrlər Bakıya gələcəklər.