“Ərəb turistlərinin sayının azalması təhlil olunmalıdır. Çox təəssüf ki, turizm qurumları digər vəziyyətləri nəzərə almırlar. Nəyinki ərəb, iran turislərinin də sayı azalır. Bunları əvəz edən digər ölkələrdən turist cəlb etmək üçün nə etmək olar? Bu məsələlərə diqqət yetirilməlidir”. 

Bu sözləri “Yeni Sabah” açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. Onun sözlərinə görə, turizm qurumları bu işlə məşğul olmurlar:

“Ərəb turistlərin gəlməsi dövlətin turizmə göstərdiyi diqqət qayğı nəticəsində olur. Viza sadələşdirilməsi və s.Turizm qurumları elə bil ki heç nə etmək istəmirlər, yatmış vəziyyətdədirlər. Yeni turizm növləri işlənmir. Bir şeyi də məsləhət görərdim. Bir yerdə oturub hansı ölkələrdən daha çox turist cəlb etmək olar, bunun üçün nə etmək lazımdır, bu kimi məsələlər haqqında fikirləşməlidirlər. Ona görə işləmək lazımdır. Türkiyədə turizm zəifləyəndə təyyarəl biletləri ucuz olur. Çox iş görmək olar. Bunun üçün də bütün turizm qurumları bir yerdə bu məsələləri həll etməlidir”.

M.Ağakərimov Ərəb ölkələrindən birbaşa uçuşların olması turistlərin sayına necə təsir edəcəyindən də danışıb:

“Uçuşlar açılır, amma əsas biletlərin qiymətidir. Nəyə görə, Gürcüstanda biletlər qat-qat ucuzdur, nəyinki bizdə? Uçuşlar təşkil etməklə deyil ki. Tur paketin əsas qiymətini təyyarə biletləri təşkil edir. Otellərdə də ucuzlaşma olmalıdır. Onda turistlər gələr. Çünki internet vasitəsilə axtarırlar, hansı ölkədə nə yaxşı, ucuz varsa, ora gedirlər. İnternet əsridir, hamı baxır, məlumat alır. Turizm qurumları yüksək səviyyəli mütəxəssislərin məsləhətlərinə qulaq asıb nə etmək lazım olduğunu müəyyən etməli və bu işlə məşğul olmalıdırlar. Hazırda bu işlə məşğul olan yoxdur”

Qeyd edək ki, bu ilin ilk iki ayında ərəb ölkələrindən gələn turistlərin sayında 7 faizədək azalma müşahidə olunub. Dövlət Turizm Agentliyi bunun səbəbini yanvar-fevral aylarının zəif turizm mövsümü ilə əlaqələndiriblər. Bildirilib ki, ərəb ölkələrindən Azərbaycana iki yeni aviaşirkət vasitəsilə uçuşların başlaması ilə əlaqədar bu məsələdə stabilləşmənin olacağı gözlənilir.