Bu ilin mart-aprel aylarında yağışlar nəticəsində Təbrizin Şəhid Beheşti dağında yerləşən bir neçə ev dağılmışdı. Hazırda isə ara-sıra yağışların yağmasına görə, hələ də onlarla ev uçma təhlükəsi ilə üz-üzədir.

İran Dövlət Teleradio Şirkətinin Təbrizin qeyd edilən bölgəsindən hazırladığı video xəbərdə də burada evlərin acınacaqlı vəziyyətdə və hər an uçmağa hazır olmasını müşahidə etmək olur.

Xatırladaq ki. mart-aprel ayları ərzində yağan güclü yağışlar nəticəsində Təbrizdə 5 fərdi yaşayış evi tamamilə dağılmışdı. Eləcə də, güclü yağış və daşqınlar nəticəsində Güney Azərbaycanın əksər şəhərlərində ciddi fəsadlara yol açıb, yaşayış evlərinə və təsərrüfatlara ciddi zərər dəymişdi./gunaz.tv/