Azərbaycan tarixinə nəzər salanda xalqımızın içindən çıxan Babək, Şah İsmayıl, Cavanşir, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai, Cavad xan, Nadir Şah, Fətəli xan, Hüseynqulu xan, Həzi Aslanov, Allahverdi Bağırov, Fred Asif, Canpolad və adlarını çəkmək olan yüzlərlə şəxsiyyətləri görmək olar.

Zaman isə dayanmır, tarix bir qəhrəmanlarla kifayətlənmir. Azərbaycan xalqının içindən Mübarizlər, Fəridlər, Ramil Səfərovlar çıxır. Xalqımızın tarixinə düşən şəxsiyyət, sərkərdə, əsl kişi, vətənpərvər insanlardan biri də Raquf Orucovdur.

MUROV QARTALI....

Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verən Ağdamın Cinli kəndində 12 iyul 1972-ci ildə anadan olan Raquf Orucovu Tanrı vətəni qorumaq üçün dünyaya gətirmişdi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrıldı və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşuldu. Yaxınlarını itirdi, dostlarını itirdi, torpağını itirdi amma Raquf Orucov sonuna qədər müharibənin içində oldu.

Çoxları bilməsə də, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir. Raquf Orucov 5 Azərbaycan əsgərini əsirlikdən xilas edən edən, əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir.

Yeganə komandir idi ki, əsgərlərinə “mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” deyirdi... Hərbi kəşfiyyatçı kimi yeganə şəxs idi ki, İşğal olunmuş Kəlbəcərdə erməni hərbi hissəsinə girərək, onların səhər düzülüşünü, eyni zamanda hərbi hissənin korpuslarını, Azərbaycan tərəfə lazım olan bütün vacib elementləri və nöqtələri videolentə alıb və erməni dilin bilirdi..

Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Oruçov olub. R.Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

"Silahın sirrlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail ola bilməyəcəksən"-deyən Raquf Orucov bu gün sevdiyi torpaqda dəfn edilib.

Belə bir qəhrəman, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adın belə almadı. Yüksək döyüş medalı - “İgidliyə görə” medalı alsada bu Milli Qəhrəman adı deyil.

Biz vətəndaşlar, ziyalılar, sadə insanlar xahiş edirik dövlət başçısından Raquf Orucova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin.

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.