Güney Azərbaycanın “Traxtur” futbol komandası Türkiyədə təlim-məşq toplanışını başa vurduqdan sonra Təbrizə qayıdıb.

Mustafa Dənizlinin yetirmələri super liqa yarışlarının növbəti mövsümünə hazırlaşmaq məqsədi ilə Türkiyənin Ərzurum şəhərində iyulun 10-da təlim-məşq toplanışına başlamışdır. Komanda üzvlərini gətirən təyyarə iyulun 23-ü axşam saatlarında Təbrizin hava limanına enib.

“Traxtur”un oyunçuları bu müddətdə baş məşqçi Mustafa Dənizlinin nəzarəti altında məşqlər keçirib, “Giresunspor” və “Rizəspor” komandaları ilə yoldaşlıq görüşü keçirib. Güney Azərbaycan komandası görüşlərin birində qələbə qazanıb, digərini isə bərabər hesabla başa vurub.

Mustafa Dənizli təlim-məşq toplanışını yenicə başa vuran “Traxtur” oyunçularına 3 gün istirahət verib, komandanın məşqləri şənbə günündən “Bonyan dizel” stadionunda başlayacaq./gunaz.tv/