“Qarabağ”  “Dandolk” oyununda hesab bərabərləşib.

Modern.az xəbər verir ki, oyunun 78-ci dəqiqəsində "Dandolk"un futbolçusu Patrik Hoban bərabərlik qolunu vurub: 1:1.

Oyun elə bu hesabla da başa çatıb.

***

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu çıxıb.

Modern.az  xəbər verir ki,  Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxan  “Qarabağ”  İrlandiyanın “Dandolk” klubunun qonağıdır.

“Qarabağ” oyunun 4-cü dəqiqəsində hesabı açıb. “Qarabağ”ın heyətində Mahir Emreli fərqlənib.

Qeyd edək ki, cari mövsüm qol buraxmayan ağdamlılar uğurlu seriyanı İrlandiyada davam etdirməyə çalışır. Albaniya “Partizani”sini yolundan kənarlaşdıran (0:0, 2:0) Q.Qurbanovun yetirmələri eyni aqibəti “Dandolk”a yaşatmağa köklənib.