Türkiyə milli komandası 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

"Ay-ulduzlular" buna seçmə mərhələdə H qrupunun IX tur qarşılaşmasında İslandiya ilə ev heç-heçəsi sayəsində nail olub. 

İslandiyadakı "Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran Şenol Günəşin baş məşqçi olduğu kollektiv qrupda ilk 2 pillədən birini təmin edib.