Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.