Azerbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib.

O bildirib ki, Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar investisiya qoyulub.

Nazir müavininin sözlərinə görə, qarşılıqlı investisiyalar sahəsində müsbət dinamika müşahidə olunur.

Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi də dayanmadan artır. 2018-ci ildə artım 19 faiz idisə, bu ilin ilk on ayı ərzində 23 faizə bərabər olub.