Türkiyədə binadan yıxılaraq dünyasını dəyişən azərbaycanlı tələbə İsmayıl Əmrahov mərhum balabançı Əliməmməd Əmrahovun nəvəsidir.

Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci il təvəllüdlü İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib.

İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi olub, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsi atasının müşayiəti ilə artıq Bakıya gətirilib.

Mərhum bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq./qafqazinfo/