Polşanın Katovitse şəhərində Gəncədə törədilən terrora qarşı icazəli dinc aksiya keçirilib. Gəncə hücumunun qurbanlarını yad etmək və dünyaya ədalət çağırışları etmək üçün bir araya gələn soydaşlarımıza qarşı ermənilər tərəfindən növbəti dəfə çirkin təxribat törədilib.

Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

"Pnevmatik silahla ermənilər soydaşlarımıza hücum edərək, bir daha öz terrorist xislətlərini nümayiş etdirmişlər. Bu olaya hüquqi qiymətin verilməsi üçün tərəfimizdən zəruri addımlar atılır, məsələ diqqətimizdədir. Bir daha soydaşlarımızı belə təxribatlara uymamağa və diqqətli olmağa çağırırıq!" - komitə sədri deyib.