Azərbaycan dövləti və Azərbaycanın qəhrəman ordusunun qələbəsini qutlamaq münasibətilə, bü gün, 11 noyabr 2020-ci il çərşənbə günü, yerli vaxtla saat 19:00-da Güney Azərbaycan və İranın türklər yaşayan şəhərlərinin bütün meydanlarında həmrəylik bayramı keçiriləcəkdir.

Birlik və milli iradəni göstərmək üçün, bütün Azərbaycan türkləri “dəstək və həmrəylik” tədbirlərinə qoşulmağa çağrılır.

Covid-19-a qarşı bütün təhlükəsizlik və sağlamlıq qaydalarını riayət etmək şərtilə, Azərbaycanın müqəddəs bayraqları və başqa bayram, şənlik vasitələri ilə bu aksiyalara qatılaraq bir daha birlik və milli iradəmizi nümayiş etdirəcəyik./gunaz.tv/