Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".