Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan arasında görüş olacaq.

Modern.az xəbər verir ki, bu barədə Soçidə görüşən Türkiyə və Rusiya xarici işlər nazirləri açıqlama veriblər.

Mövlud Çavuşoğlu 2021-ci ildə planlaşdırılan səfərin Türkiyədə baş tutacağını deyib.