Bakıda səfərdə olan Türkiyənin müdafiə naziri Hulisi Akar, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbçilərlə görüşüb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hulisi Akar bildirib ki, türk hərbçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar:

“Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.