Rusiya Müdafiə Nazirliyi yanvarın 30-da Ağdam rayonu ərazisində açılan Birgə Monitorinq Mərkəzi ilə bağlı rəsmi məlumat yayıb.

Modern.az xəbər verir ki, bölgədəki rusiyalı sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatları ilə atəşkəs rejiminə nəzarət edirlər.

“Birgə Monitorinq Mərkəzinin hərbçiləri pilotsuz uçuş apartlarından gələn görüntüləri idarəetmə məntəqələrində qəbul edir, hərbi texnika və şəxsi heyətin bütün yerdəyişməsini, həmçinin təmas xəttinini pozulması faktlarını analiz edir”.