Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib.

Bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.

General deyib ki, təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb.

R.Muradov qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri bundan sonra da üçtərəfli sazişin icra olunması üçün vasitəçilik edəcək.