Bu yaxınlarda dinc fəaliyyəti ilə əlaqədar olaraq 14 il həbs cəzasına məhkum edilən iranlı dissidentin ailəsi İran rəsmilərinin onu təhlükəsizlik cinayətlərini etiraf etməyə məcbur etdikdən sonra ağır epilepsiya xəstəliyindən müalicə olunmasına imkan vermədikləri üçün onun səhhətinin ağırlaşdığını bildirib.

Cümə axşamı İranın şimal-qərbindəki Urmiya şəhərindəki evindən Amerikanın Səsinin Fars xidmətinə Skype müsahibəsində Haniyə Qarehoğlani iyul ayından bəri şəhərin mərkəsi həbsxanasında saxlanılan 34 yaşlı qardaşı Həmidin vəziyyətinin pisləşdiyini deyib.

Baş Qərargahı Londonda yerləşən Amnesty International insan haqlarını müdafiə qrupunun bildirdiyinə görə, kəşfiyyat agentləri İranın azərbaycanlı türk etnik azlığının üzvü olan Hamid Qarehoğlanini iyunun 27-də həbs edib və həbsxanaya köçürməzdən əvvəl iki həftə dindirib.

Hamidin bacısı o vaxtdan bəri İran rəsmilərinin ağır formada epilepsiyası olan qardaşını müalicə olunmaqdan məhrum etdiyini deyib. ABŞ-ın Mayo Tibbi Tədqiqat Mərkəzi tərəfindən epilepsiyanın belə ağır forması olaraq xarakterizə edilən xəstəlik ani şüur itkisi, bədənin qıcanması və titrəməsi, bəzən sidik kisəsinin funksiyasına nəzarətin itirilməsi və dilin dişləməsi ilə müşayiət ola bilər.

Haniyə Qarehoğlani qardaşının vəziyyətinin onun ayda bir dəfə tibbi və nevroloji müayinədən keçməsini tələb etdiyini, lakin rəsmilərin onun həbsxanadan kənar bir xəstəxanada müalicə almasını qadağan etdiyini deyib. O, Urmiya həbsxanasının həkiminin məhkumun xəstəliyi ilə bağlı biliyi olmadığına görə, Hamidlə görüşməkdən imtina etdiyini deyib. Hamidlə bir seans keçirən başqa bir psixiatr isə onun emosional vəziyyətini qiymətləndirmək əvəzinə ona siyasi baxışları barədə suallar verib.

Bacısı İran rəsmilərinin həkiminin təyin etdiyi və ailə tərəfindən alınaraq, həbsxanaya aparılan dərmanları da Hamidə verilməsinə icazə vermədiyini deyib.

Amnesty International Təşkilatı bu ayın əvvəlində tərəfdarlarını Hamid Qarehoğlaninin azad edilməsinə və azad edilənə qədər dərman və bəbsxanadan kənardan olan həkimlərlə təcili və davamlı təmin etməsi tələbi ilə İranın Ali Məhkəməsinə müraciət etməyə çağırıb.

Haniyə Qarehoğlani Amerikanın Səsinə müsahibəsində deyib ki, müstəntiqlər qardaşını təhlükəsizliklə bağlı cinayətləri etiraf etmədiyi təqdirdə bacısının həbs olunacağı, anasının isə öldürüləcəyi ilə təhdid ediblər.

O, qardaşı həbs edildikdən sonra kəşfiyyat agentlərinin onu və anasını da dindirdiklərini və susmalarına görə təzyiq göstərdiklərini, onlara İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi və ya İslamı təhqir etməyəcəklərini vəd edən kağızlara imza atmçağa məcbur etdiklərini deyib.

İnsan haqlarını müdafiə qrupu Urmiyadakı İnqilab Məhkəməsinin Qarehoğlaniyə qarşı "ali dini lideri təhqir etmək", "sistemə qarşı təbliğat aparmaq" və "İslam Respublikası sisteminə qarşı silahlı üsyançı qrupa üzv olmaq" ittihamları irəli sürülərək, 14 il müddətinə həbs cəzasına məhkum edildiyini bildirib. Onun yanvarın 24-də hökmdən apellyasiya şikayəti verildiyi deyilir.

Hamid Qarehoğlaninin işi barədə son aylar İran dövlət mediasında heç bir məlumat verilməyib.

Amnesty International Qarehoğlaninin Xameneyini korrupsiyada günahlandıran onlayn yazıları və İran rəsmilərinin bildirdiyinə görə, sürgündə olan müxalifət qrupu olan İran Xalq Mücahidlerinin (MEK) tərəfdarları ilə onlayn mübadiləsi ilə əlaqədar olaraq mühakimə olunduğunu bildirib.

Haniyə Qarehoğlani Amerikanın Səsinə verdiyi müsahibəsində qardaşının MEK tərəfdarı olmadığını deyib.

Amnesty International Hamidin hazırda sürgündə olan iki qohumunun MEK ilə əlaqəsi olduğuna görə uzunmüddətli həbs cəzasına məhkum edilməsindən narahatlığını ifadə edib.