Rusiyanın Ermənistandakı hərbi bazası genişləndirilə bilər.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Vaqarşak Arutunyan açıqlama verib.

“Biz Rusiya hərbi bazasının genişləndirilməsi və gücləndirilməsində maraqlıyıq”- deyə Arutunyan söyləyib. O 102-ci hərbi bazanın tərkibindəki hərbi hissələrdən birinin şərq istiqamətində dislokasiya oluna biləcəyini əlavə edib.

Bu isə Rusiya ordusunun Azərbaycanla sərhəd yaxınlığında yerləşməsi demək olacaq.

Bununla belə, Arutunyan ölkədə Rusiyaya məxsus ikinci hərbi bazanın yaradılmasına ehtiyac olmadığını söyləyib.

Rusiyanın Gümrüdəki hərbi bazasında hazırda 5 min hərbi qulluqçu xidmət edir.