Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri Volkan Bozkır Azərbaycana səfər edəcək.

Bunu BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma deyib.

Onun sözlərinə görə, səfər 1-12 aprel tarixlərində baş tutacaq. Volkan Bozkır öncə Türkiyəyə səfər edəcək. Daha sonra Qətər və Azərbaycanda olacaq.