Biz bütün gücümüzlə minatəmizləyənləri Azərbaycana göndərmişik. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Minatəmizləyənlərimiz var gücü ilə çalışırlar”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“İnşallah, əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər”, - deyə nazir bildirib.