Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfirinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.