Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı veteranları təbrik edib.

Bununla bağlı səfir tviter hesabında təbrik mətni paylaşıb.

Mətndə deyilir: "Azərbaycan xalqını 9 may - Faşizm üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, qardaş Azərbaycana sülh, əminamanlıq və xoş gələcək arzulayıram".