Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gələcək.

Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, səfər bu həftənin ortasına nəzərdə tutulub, dəqiq tarix hələlik açıqlanmayıb.

Qeyd edək ki, T.Klaar hazırda Ermənistanda ikigünlük rəsmi səfərdədir.