“Atam, böyük qardaşım və mən Qarabağ müharibəsindən sonra medallarla təltif edildik. Belə müharibədə qazanılan uğurlara vasitəçi olmaq bizim üçün böyük şərəfdir”.

Bunu Türkiyənin “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar deyib.

Onun sözlərinə görə, bir çox ölkələr “Bayraktar” PUA-larını almaq istəyir: “10-dan çox ölkə ilə müqavilələr imzalanıb, PUA-lar artıq beş ölkəyə ixrac olunur. İnanırıq ki, pilotsuz uçuş aparatları 5-ci nəsil təyyarələrə son qoyacaq. Gələcəyin ən güclü hava qüvvələri pilotsuz uçuş aparatları olacaq”.

Səlcuq Bayraktar vurğulayıb ki, bu məsələlər İkinci Qarabağ müharibəsindən sonra müzakirə olunub.

“Yarışdan qabaq qaçmağa davam etmək digər ölkələrin yetişməsini çətinləşdirəcək. Əgər yarışda önə çıxdığınız vaxt qaçmağa davam etsəniz, digər ölkələrin sizə çatması çətinləşir”, - deyə o qeyd edib.