Bu barədə güneyli fəallar məlumat yayıb.

Məlumata görə, Təbriz şəhərinin bir neçə yerində əhali bütün məhdudiyyətlərə baxmayaraq bu günü qeyd etməyə çalışıblar.

Əhaliyə Azərbaycan Respublikasının rənglərində hazırlanmış şirniyyat və tortlar paylanıb.

Milli-mədəni fəallar insanlara Azərbaycan Respublikası və Qarabağ münqaişəsi haqqında məlumat veriblər. 

Bundan öncəki illərdə də, 18 oktyabr, 28 may günləri ilə əlaqədar Güney Azərbaycanda tədbirlər keçirilib. 

Bu tədbirlərin qarşısı hökumət məmurları tərəfindən alınıb və bir neçə milli-mədəni fəal həbs edilib.