Rusiyanın  Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək. 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

General-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda - 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub.

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.