Ağdamda ermənilərin dağıtdığı tarixi abidələrin bir qismi toplanılaraq sərgilənəcək.

Müxtəlif ərazilərdən aşkarlanaraq toplanan qədim məzarüstü abidələr, daş kitabələr və daş heykəllər "İmarət "kompleksinin həyətində nümayiş olunacaq.

Qeyd edək ki, bu gündən etibarən Ağdama marşrut xətləri istifadəyə verilib. Ağdama gələn vətəndaşların ermənilərin dağıtdığı tarixi abidələrlə yerindəcə tanış olmaq imkanları olacaq.