Azərbaycanda Türk dövlətlərinin turizm nazirlərinin toplantısı keçiriləcək.  

Bu barədə Türk Dövlətləri Təşkilatından Modern.az-a daxil olan eksklüziv məlumatda bildirilib.

Qeyd edilib ki, təşkilatın təşəbbüsü ilə həyata keçiriləcək görüş may ayının sonuncu həftəsində, Şamaxı şəhərində baş tutacaq.

Toplantıda turizm potensialının tanıdılması, Türk dövlətləri arasında turizm sahəsində əlaqələrin möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi gözlənilir.