Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.

"Azərbaycan öz tərəfindən sülh müqaviləsini imzalamağa hazırdır. Üç onillik boyunca davam etmiş danışıqlar prosesi bunu göstərir", - deyə o bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan hələ də ölkənin xeyrinə olacaq addımları atmağa çalışmır.

O əlavə edib ki, nəqliyyat, ticarət, energetika kimi müxtəlif sektorların birgə inkişafı Azərbaycan, Ermənistan və bütünlükdə region üçün sosial-iqtisadi fayda gətirəcək.