AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Yeni Aerovağzal Kompleksinin açılışı oldu
24/04/2014 Yazdır

Heydər Əliyev Beynəlxalq Aeroportunun Yeni Aerovağzal Kompleksi istismara verilir. Sərnişinlər bundan sonra yeni – müasir aerovağzal binasından istifadə edəcəklər. 

ANS PRESS-in məlumatına görə, açılış mərasimində çıxış edən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov, Heydər Əliyev Beynəlxalq Aeroportunun ən yüksək standartlara cavab verən, dünyanın ən gözəl, ən müasir hava limanlarından biri olduğunu və hava limanımıza “Ən Yaxşı Aeroport” adı verilməsi üçün artıq müraciət edildiyini bildirib.

Cahangir Əsgərov çıxışında Bakı Hava Limanı haqqında geniş məlumat verib: "Bakıda beynəlxalq standartlara uyğun ilk aerovağzal binasını 1999-cu ildə ulu öndərimiz Heydər Əliyev açıb. Aviaşirkətimizin hava gəmiləri tamamilə yenilənib. Bu gün Azərbaycan vətəndaşları yalnız müasir, Qərb istehsalı olan Airbus 340, 320, 319, Boeing 757, 767 və Embraer təyyarələri ilə uçurlar.

Respublikamızın şəhərlərində ardıcıl olaraq 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada, 2011-ci ildə Qəbələdə Beynəlxalq hava limanları tikilib, müasir uçuş-enmə zolaqları inşa edilib. 2012-ci ildə mövcud aerovağzal binası tamamilə yenidən qurulub.2013-cü ildə isə Yevlax hava limanının yenidənqurma işləri başa çatıb.

İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir.
Təməli qoyulduğu gündən indiyədək, Sizin birbaşa tövsiyələriniz nəticəsində bu terminalın tikintisində ən keyfiyyətli materiallardan istifadə edilmiş və müasir tələblərə cavab verən avadanlıq quraşdırılıb. Bu terminalda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılmış - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilmiş, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb. Bu traplar, eyni zamanda, 12 təyyarəni, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini – “Airbus A 380”ni qəbul edə bilir.

Terminalın tikintisi ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturu dəyişmiş, terminalın istismar tələblərinə uyğunlaşdırılıb. Dünyanın ən möhtəşəm, öz arxitektura görünüşü ilə hər kəsi heyran qoyan, hündürlüyü 65 metr olan Hava Hərəkətinin İdarəetmə Mərkəzi inşa edilıb. İdarəetmə mərkəzində quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə etməyə imkan verir. Hava dəhlizinin uzunluğu isə 8 min kilometrdən artıqdır. Uzunluğu 4 min metr və eni 75 metr olan yeni uçuş-enmə zolağı inşa edilib. Hər cür hava şəraitində təyyarələri qəbul etmək məqsədilə bu zolaq İKAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı və radarlarla təchiz olunub. Təyyarələrin hərəkəti və yaxınlaşması üçün sahəsi 281 min kvadratmetr olan asfalt-beton perronun tikintisi həyata keçirilib. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yanğınsöndürmə Stansiyası tikilmiş və 8 ədəd müasir yanğınsöndürən maşın alınıb. Aerovağzal Kompleksinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün sahəsi 3500 kvadratmetr olan enerji mərkəzi tikilib və 34 min metr kabel çəkilib.

Mühəndis-kommunikasiya xətlərinin çəkilişi üçün uzunluğu 700 metr yeraltı dəmir-beton qalereya inşa edilib. Aerovağzalın önündə 750 yerlik avtomobil dayanacağı və ona bağlanan avtomobil yolları salınmış, 90 min kvadratmetr asfalt döşənib. Kompleksin istilik təminatı üçün Aeroportun mərkəzi qazanxanası yenidən qurulub. Bütün hava limanı üçün Mərkəzi Kanalizasiya Kollektor Stansiyası və 3 yeni drenaj nasos stansiyası inşa edilib. Aerovağzal kompleksinin tikintisi ilə bağlı aeroportun perimetri boyu mühafizə tədbirləri ilə əlaqədar 11 kilometr yeni elektron mühafizə hasarı çəkilib."



























































































 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft