Вakıda 17 yaşlı gənc bıçaqlanıb

04 Mayıs 2016 Çarşamba 09:00

Bakının Xətai rayonunda ötən gecə qanlı hadisə baş verib.

Naximov küçəsində yaşayan 17 yaşlı İsmayıl Səfərov bıçaqlanıb.

Yaralı hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər bud nahiyəsindən bıçaqlanan yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər.

Hadisə ilə əlaqədar xəstəxanadan Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Məlumat əsasında araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla əlaqədar cinayət işi başlanıb./apa/

Benzer Haberler